11 İyun 13:33 “Brilyant Liqa”: Ramil Quliyev yenə birinci oldu
DİGƏR NÖVLƏR xəbərləri 11 İyun 13:33
180 baxış

“Brilyant Liqa”: Ramil Quliyev yenə birinci oldu

İsveçin paytaxtı Stokholmda “Brilyant Liqa”nın VI mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev yarışda finiş xəttinə yenə birinci çatıb.

 

O, dünya çempionu olduğu 200 m məsafəni bu dəfə 19,92 saniyəyə qət edib. İkinci pilləni Aaron Braun (Kanada, 20,07), üçüncü yeri Lukselo Adams (CAR) tutub.

 

Növbəti birincilik Quliyevin aktivindəki xalını 24-ə çatdırıb. Atlet bu səbəbdən də 2-ci pilləyə qalıb. O, ilk sırada yer alan Braundan 1 xal geri qalır.

 

Qeyd edək ki, Quliyev eyni məsafəyə “Brilyant Liqa”nın bu il Dohada keçirilən mərhələsini 3-cü, Şanxaydakı yarışı 6-cı, Oslodakı mübarizəni birinci yerdə bitirib.