9 Avqust 15:36 "Burdan məmnun qalmamaq mümkün deyil" - Türkiyə yığmasının məşqçisi
DİGƏR NÖVLƏR xəbərləri 9 Avqust 15:36
4670 baxış

"Burdan məmnun qalmamaq mümkün deyil" - Türkiyə yığmasının məşqçisi

"Qəbələ Dünya Kubokunu çox gözəl təşkil edir. Məskunlaşdığımız yerdən tutmuş, ən xırda məsələlərə qədər hər şey ürəyimizcədi. Buna görə təşkilatçıları təbrik edirəm". Bunu apasport.az saytına Türkiyənin atıcılıq üzrə yığma komandasının məşqçisi, Türkiyə Atıcılıq Federasiyasının İdarə Heyətinin üzvü Alirza Bilgin deyib.

 

Qəbələdə təşkil edilən atıcılıq üzrə Dünya Kuboku yarışlarında Türkiyə millisi ilə birlikdə iştirak edən Bilgin yerli insanların mehribanlığını xüsusi vurğulayıb: "Buranın insanları çox mehribandılar. Bizə qarşı xoş münasibət göstərirlər. Hər şey əladı".

 

Məşqçi həmçinin bildirib ki, əvvəllər də Azərbaycanda olub: "Avropa çempionatında iştirak etmək üçün Türkiyə yığması ilə Bakıya gəlmişdim. Amma Qəbələdə ilk dəfədi oluram. Çox gözəl yerdi. Burdan məmnun qalmamaq mümkün deyil. Poliqonu da əladı. Həmçinin idmançıların boş vaxtlarını səmərəli keçirmələri üçün gözəl proqram tərtib edilib. İnşallah, burda tez-tez yarışlar təşkil edilər".

 

Qeyd edək ki, Qəbələdə keçirilən Dünya Kuboku gələn il Rio-de-Janeyroda baş tutacaq Yay Olimpiya Oyunlarına 34 lisenziya verir.

Xəbər lenti