14 Avqust 13:10 Çin yığması Qəbələdə daha iki medal qazandı
DİGƏR NÖVLƏR xəbərləri 14 Avqust 13:10
445 baxış

Çin yığması Qəbələdə daha iki medal qazandı

Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə Dünya kuboku yarışlarında kişilərin tüfənglə 50 metrdən üç vəziyyətdə atəş açmaq yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, medal siyahısında bütün ölkələri arxada qoyan Çin millisi bu növdə də iki mükafata yiyələnib.

 

459,8 xal yığan Ziçenq Hui böyük üstünlüklə yarışın qalibi adını qazanıb. Çinli atıcı həlledici mərhələdə avstriyalı Aleksander Şmirli məğlub edib. Avropalı rəqibindən 1,9 xal geri qalıb. Bu, Çin yığmasının Qəbələdə qazandığı 6-cı qızıl medaldı.

 

Son atəş öncəsi mübarizəni dayandıran digər çinli Qinan Ju bürünc mükafata sahib çıxıb. O, həlledici atəşə vəsiqəni avstriyalıya 1,2 xal uduzmaqla əldən verib.

 

Qeyd edək ki, Azərbaycan idmançıları bu növdə yarışa qatılmayıb.

Xəbər lenti