13 Avqust 12:16 Çin yığması Qəbələdə daha iki medal qazandı - FOTOSESSIYA
DİGƏR NÖVLƏR xəbərləri 13 Avqust 12:16
621 baxış

Çin yığması Qəbələdə daha iki medal qazandı - FOTOSESSIYA

Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə Dünya Kubokunda daha bir medal dəstinin sahibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün qadınların tüfənglə 3 vəziyyətdə 50 metrdən atəş açmaqda final mərhələsi baş tutub.

 

Yarış çinli idmançılar üçün uğurlu alınıb. Donqi Çen bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. O, ümumilikdə 456,2 xal toplamağı bacarıb. Çen həmyerlisi Silinq Yini 0,8 xal qabaqlayıb.

 

3-cü yeri isə rusiyalı Anna Jukova tutub. Son atəş öncəsi mübarizəni dayandıran idmançı 444,8 xal toplayıb. Bununla da onun həlledici atəş üçün mübarizə aparmağa 0,3 xalı çatmayıb.

 

Bu növdə Azərbaycanı təmsil edən Xəyalə Hüseynli mübarizəni təsnifat mərhələsində dayandırıb. 1-ci qrupda çıxış edən təmsilçimiz 518 xalla 44-cü olub.

 

Qeyd edək ki, təsnifat mərhələsi iki qrupda keçirilib və hərəsində 44 idmançı mübarizə aparıb.

 

Xəbər lenti