13 Noyabr 10:21 Dünya çempionu Azərbaycanı örnək göstərdi - FOTO
DİGƏR NÖVLƏR xəbərləri 13 Noyabr 10:21
668 baxış

Dünya çempionu Azərbaycanı örnək göstərdi - FOTO

Ukraynalı gimnast Oleq Vernyayev ölkəsində bu idman növünə olan münasibətdən narazıdı. Apasport.az saytının məlumatına görə, dünya, 3 qat Avropa və Bakı-2015-in 2 qat qalibi yerli federasiyanın Azərbaycandan örnək götürməsini məsləhət görüb.

 

O bildirib ki, Ukrayna ilə müqayisədə Azərbaycanda idmançıya layiq olduğu qiyməti verirlər: “Yarış zamanı aldığımız zədələrin belə xərcini özümüz çəkməli oluruq. Əməliyyat, bərpa üçün idmançılarda o qədər pul haradadı? Ölkəmizin qanunlarının necə yazıldığını bilmirəm. Amma digər ölkələrdə idmançılarla bağlı bütün problemləri federasiya həll edir. Bizdə isə ümumiyyətlə federasiya yoxdu. Mənim üçün yalnız onun adı var. Federasiyanın varlığını hiss etmirəm. Mən Rusiya, Azərbaycan və digər ölkələrinin federasiyalarının olduğunu görürəm. Onlar öz idmançılarına kömək edirlər”.

 

Qeyd edək ki, 22 yaşlı Vernyayevin aktivində dünya, Avropa və Universiadaların da müxtəlif əyarlı medalları var. 

Xəbər lenti