13 Noyabr 12:32 Dünya idmanında görünməmiş hadisə: 2 dəfə atıldı, 8 dəfə fırlandı
DİGƏR NÖVLƏR xəbərləri 13 Noyabr 12:32
6019 baxış

Dünya idmanında görünməmiş hadisə: 2 dəfə atıldı, 8 dəfə fırlandı

Fransanın Bordo şəhərində fiqurlu konkisürmə üzrə Qran-prinin IV mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, nüfuzlu yarışın əvvəlki 3 mərhələsinə Rusiya idmançıları öz damğasını vurub.

 

Belə ki, Yuko Kavaquti və Aleksandr Smirnov cütlüyü bu idman növünün tarixində görünməmiş elementin icrası ilə dünyanın diqqətini çəkib. Onlar ardıcıl 2 dəfə göyə atılmaq və hərəsində 4 dəfə dövrə vurmaqla ilkə imza atıblar. İndiyə qədər dəfələrlə bunu etməyə cəhd göstərənlər olsa da, onların elementi tam dəqiq icra olunmadığından hesaba alınmamışdı. 

Xəbər lenti