11 Avqust 13:00 “Dünya Kuboku təşkilati baxımdan böyük iş tələb edir” – İranlı məşqçi
DİGƏR NÖVLƏR xəbərləri 11 Avqust 13:00
5073 baxış

“Dünya Kuboku təşkilati baxımdan böyük iş tələb edir” – İranlı məşqçi

Tüfəng atıcılığı üzrə İranın qadınlardan ibarət milli komandasının baş məşqçisi Laslo Şuşak apasport.az saytına müsahibəsi

 

- Artıq iki idmançınız medal qazanıb. Bunu gözləyirdinizmi?

- Yarışa çox yaxşı hazırlaşmışdıq. Çox çalışdıq və bu zəhmətin qarşılığı kimi iki idmançımız pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açmada medal qazandı.

 

- Ümumilikdə Dünya Kuboku ilə bağlı fikirləriniz necədi?

- Bilirsiniz, Dünya Kuboku təşkilati baxımdan böyük iş tələb edir. Ancaq gördüyüm qədərilə Qəbələdə təşkilatçılar bunun öhdəsindən gələ bilirlər. Həmçinin Azərbaycan xalqının mehribanlığını da vurğulamalıyam.

 

- Qəbələ Atıcılıq Mərkəzi necədi?

- Çox gözəldi. Burda idmançılar üçün hər cür şərait var.

 

- Bura hansı hədəflə gəlmisiniz?

- Artıq hədəfimizə çatmışıq. İki medalımız var ki, bunun biri qızıl, biri də bürüncdü. Yaxşı idmançılarımız var. Çox çalışırlar, məşq edirlər. Amma medal qazanan qızlarımız qədər güclü deyillər. Əsas ümidimiz bu qızlara idi. Bu üzdən də hədəfimizi gerçəkləşdirdiyimizi düşünürəm.

Xəbər lenti