14 Avqust 08:36 Dünya kubokunun qalibi: Bütün diqqətimi bu yarışa yönəltmişdim
DİGƏR NÖVLƏR xəbərləri 14 Avqust 08:36
1705 baxış

Dünya kubokunun qalibi: Bütün diqqətimi bu yarışa yönəltmişdim

“Qarşıma qoyduğum vəzifənin öhdəsindən gəldim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə dünya kubokunda çıxış edən Cənubi Koreya millisinin üzvü Çeonqyonq Kim deyib.

 

10 metr məsafədən tapança ilə atəş açmaqda yarışın qalibi olan asiyalı qələbəsinə şərh verib: “Şadam ki, istəyimi reallaşdırıb, qızıl medal qazandım. İndi özümü əla hiss edirəm. Bütün diqqətimi bu yarışa yönəltmişdim. Atəş zamanı da çox diqqətli idim. Bunun da nəticəsində hamını qabaqladım. Yarışın qalibi olandan sonra isə yalnız evə qayıtmaq haqda düşünürəm”.

 

 

Xəbər lenti