10 Avqust 13:06 “Dünyada yalnız bir atıcılıq mərkəzi Qəbələ ilə müqayisə oluna bilər” - Xristo Marinov
DİGƏR NÖVLƏR xəbərləri 10 Avqust 13:06
4564 baxış

“Dünyada yalnız bir atıcılıq mərkəzi Qəbələ ilə müqayisə oluna bilər” - Xristo Marinov

“Dünya Kubokunda uğurlu çıxış üçün gəlmişik. Belə şəraitdə bizə yalnız nəticə qazanmaq qalır. Çünki yüksək səviyyədə təşkil olunan belə bir turnirdə nədənsə narazılıq etmək mümkün deyil”. Bunu apasport.az saytına tapançadan atəş açmaq üzrə Bolqarıstan millisinin baş məşqçisi Xristo Marinov deyib.

 

Hazırda Qəbələdə keçirilən Dünya Kuboku ilə bağlı fikirlərini bildirən Marinov atıcılıq mərkəzinə həsəd apardığını söyləyib: “Bolqarıstanda belə idman qurğusu qalmayıb. Əvvəllər olan atıcılıq mərkəzləri də artıq, demək olar ki, sıradan çıxıb və müasir tələblərə cavab vermir. Bir il əvvəl də burda Dünya Kubokunda iştirak etmişdim. Qəbələdəki atıcılıq mərkəzini dünyanın ən yaxşı belə qurğularından hesab edirəm. Dünyada yalnız bir atıcılıq mərkəzi Qəbələ ilə müqayisə oluna bilər. Bu da Münhendəki qurğudu. Burda mübarizə apardığımız mərkəzdə istənilən səviyyəli turnir keçirilə bilər. Hələlik yalnız dünya çempionatının təşkili sual doğura bilər ki, kiçik texniki məsələlər həll olunsa, bu da mümkün olacaq. Yenidən ölkənizdə olub, komandamla turnirlərə qatılmaq istəyərdim”.

Xəbər lenti