4 Sentyabr 16:19 Fizuli Ələkbərov istefa verib
DİGƏR NÖVLƏR xəbərləri 4 Sentyabr 16:19
1257 baxış

Fizuli Ələkbərov istefa verib

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Fizuli Ələkbərov istefa verib. Apasport.az saytı xəbər verir ki, bu barədə qurumun bu gün keçirilən iclasında məlumat verilib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Ələkbərov öz xahişi ilə tutduğu vəzifədən ayrılıb.

 

Vitse-prezident Ələkbərova rəhbər olduğu vaxtlarda cüdonun inkişafında göstərdiyi xidmətə görə təşəkkür də edib: “Fizuli Ələkbərov 20 ilə yaxın Azərbaycan Cüdo Federasiyasının prezidenti olub. Bu illərdə cüdoçularımızın böyük nailiyyətləri olub. Bəzən uğursuzluq da müşahidə olunub. Ələkbərova bu idman növünün inkişafında göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.

 

Qeyd edək ki, hazırda iclas davam edir və ACF-na yeni prezidentin seçiləcəyi gözlənilir. 

Xəbər lenti

Xəbər lenti