12 Avqust 12:18 Kiril Qriqoryan: Qəbələdəki atıcılıq mərkəzi dünyada çox az sayda olan müasir komplekslərdən biridi
DİGƏR NÖVLƏR xəbərləri 12 Avqust 12:18
5665 baxış

Kiril Qriqoryan: Qəbələdəki atıcılıq mərkəzi dünyada çox az sayda olan müasir komplekslərdən biridi

“Qəbələ yaddaşımda unudulmaz anlarla qalacaq. Çünki Dünya Kuboku yarışlarında ilk qızıl medalımı məhz burada qazandım. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Rəqiblərim çox güclü idilər. Yarış çətin keçdi və sonda mən qalib oldum. Burda təşkilatçılıq çox yüksək səviyyədədi. Qəbələnin təbiəti xoşuma gəldi. Azərbaycana ilk dəfədi ki, gəlirəm və burda hər şeyin gözəl olmasının şahidiyəm”. Bunu APA-ya açıqlamasında Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarında 50 metr məsafəyə tüfəngdən atəşaçma üzrə qızıl medal qazanan erməni əsilli Rusiya idmançısı Kiril Qriqoryan deyib. 

 

O, Qəbələdə bu yarışın yüksək səviyyədə təşkil olunması ilə yanaşı, insanların mehribanlığını da xüsusi vurğulayıb: “Buranın insanları çox qonaqpərvərdi, mənzərəli, görməli yerləri çoxdu. Qəbələ məni həqiqətən təəccübləndirdi. Çünki paytaxtdan uzaqda olan balaca bir şəhər müasirliyi ilə diqqətimi cəlb etdi. Müasir sosial obyektlər, otellər, istirahət mərkəzləri və idman obyektləri bu şəhərin gələcəkdə daha sürətlə inkişaf edəcəyini göstərir. Burdakı atıcılıq mərkəzi dünyada çox az sayda olan müasir komplekslərdən biridi. Gələcəkdə Azərbaycanda Yay Olimpiya Oyunları keçirilə bilər”.

Xəbər lenti