18 İyul 12:53 Komada olan Formula-1 pilotu vəfat etdi - FOTO
DİGƏR NÖVLƏR xəbərləri 18 İyul 12:53
937 baxış

Komada olan Formula-1 pilotu vəfat etdi - FOTO

Formula-1 pilotu Jules Byanki vəfat edib. Apasport.az saytı xəbər verir ki, ötən ilin oktyabrından bəri komada olan 25 yaşlı idmançı bu gün gözlərini əbədi yumub.

 

Oktyabrda Yaponiya Qran-Prisində qəza keçirən fransız pilot başından ağır yaralanmış və beyin əməliyyatı keçirmişdi. “Marussia”nın idmançısı uzun müddət idi ki, doğulduğu Nitsa şəhərinin adını daşıyan xəstəxanada nəzarət altında idi. Lakin bu gün həkimlər beyin ölümünün gerçəkləşdiyini açıqlayıblar.

 

Qeyd edək ki, “Ferrari” yetirməsi olan Jules Byanki 2013-cü ildən “Marussia”nın uğurları üçün çalışırdı.

Xəbər lenti

Xəbər lenti