12 İyul 18:36 Koreya Universiadası Azərbaycan idmançıları üçün bitdi
DİGƏR NÖVLƏR xəbərləri 12 İyul 18:36
842 baxış

Koreya Universiadası Azərbaycan idmançıları üçün bitdi

Azərbaycanlı idmançılar Cənubi Koreyanın Kvancu şəhərində bu il XXVIII dəfə keçirilən Beynəlxalq Yay Universiadasında çıxışlarını başa vurublar. Apasport.az saytının məlumatına görə, turnirin rəsmi olaraq bitməsinə hələ iki gün qalsa da, ölkəmizi təmsil edən idmançılar artıq çıxışlarını başa vurublar.

 

Qeyd edək ki, azərbaycanlı idmançılar bu yarışda 2 qızıl və 1 bürünc medal qazanıblar.

 

5000 metrəyə qaçış üzrə kişi atletimiz Hayle İbrahimov və qadınlar arasında çəkicatma yarışında Anna Skidan qızıl medal qazanıb.

 

73 kq-da yarışan cüdoçu Vüqar Rəhimov isə turnirin bürünc mükafatçısı olub.

 

Əlavə olaraq bildirək ki, yığma komandamız bu nəticələrdən sonra Universiadanı 26-cı pillədə başa vurub.

Xəbər lenti