12 Avqust 17:26 Lunev 7-ci yeri tutdu, Çin idmançısı Rio Olimpiadasına lisenziya qazandı - FOTOSESSİYA
DİGƏR NÖVLƏR xəbərləri 12 Avqust 17:26
458 baxış

Lunev 7-ci yeri tutdu, Çin idmançısı Rio Olimpiadasına lisenziya qazandı - FOTOSESSİYA

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün kişilər arasında tapançadan 25 metr məsafəyə sürətli atəş açma yarışları keçirilib.

 

Yarışın final mərhələsində ABŞ, Çin, Fransa, Koreya və Hindistandan 6 idmançı iştirak edib. Azərbaycan idmançısı Ruslan Lunev yarışda uğurla iştirak etsə də, finala çıxa bilməyib. O, 7-ci yeri tutub. Çin idmançısı Haozhe Hu rəqiblərini üstələyərək 32 xalla birinci yeri tutub. O, komandasına 4-cü qızıl medalı qazandırıb. Jiajie Lao (Çin) 30 xalla ikinci, Boris Artaud (Fransa) 25 xalla üçüncü yeri tutub.

 

Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib. Hazırda Çin idmançıları 7 medalla Dünya Kuboku yarışlarında birinci yerdədilər. Onlardan 4-ü qızıl, 2-si gümüş və biri bürünc medaldı.

 

Qeyd edək ki, 5 gündü keçirilən atıcılıq yarışlarında indiyədək 18 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xəbər lenti