3 Mart 14:01 "Məktəbli Kuboku" yarışı keçiriləcək
DİGƏR NÖVLƏR xəbərləri 3 Mart 14:01
356 baxış

"Məktəbli Kuboku" yarışı keçiriləcək

Martın 4-də Azərbaycan Velosiped İdmanı Federasiyası və Səbail rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "5 mart - Bədən Tərbiyəsi və İdman günü"nə həsr olunmuş "Məktəbli Kuboku" yarışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, veloparkda təşkil olunacaq turnir saat 11:00-da başlanacaq.

 

Yarışda Səbail rayonunun 20-yə yaxın məktəbini təmsil edən komandalar mübarizə aparacaq. Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla, estafet sistemi üzrə yarışacaq. İlk 3 yeri tutacaq komandalar AVİF tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, həmçinin kubok, medal və diplomla təltif ediləcək.

 

Qeyd edək ki, ötən ilin dekabrında federasiya tərəfindən Nərimanov rayonunun məktəbləri arasında da pilot layihəli "Məktəbli Kuboku" turniri təşkil edilmişdi. Bütün bu yarışlar isə ümumrespublika "Məktəbli Kuboku" turnirinə hazırlıq xarakteri daşıyır.

Xəbər lenti