2 Noyabr 15:37 “Neftçi İdman Klubu”unun idmançıları 5 medal qazandı
DİGƏR NÖVLƏR xəbərləri 2 Noyabr 15:37
654 baxış

“Neftçi İdman Klubu”unun idmançıları 5 medal qazandı

Hövsan Olimpiya İdman Kompleksində MMA idman növü üzrə açıq Bakı kuboku keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda 26 komandanın tərkibində 200-dən çox idmançı qüvvəsini sınayıb.

 

“Neftçi İdman Klubu”nun təmsilçiləri paytaxt yarışının 5 medalına sahib olublar. Böyüklər arasında Orxan Əlizadə (92 kq) və Mukayat Pirqaibov (+100 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ruslan Quliyev (62 kq) isə yarışı 3-cü sırada tamamlayıb.

 

Gənclərin yarışında Mənsud Maharəndi (45 kq) qızıl medala yiyələnib. Yeniyetmələrimizdən isə Nihad Abdullayev (32 kq) bürünc medala layiq görülüb.

Xəbər lenti