14 Avqust 17:54 “Olimpiada ümidlərim bu yarışla bağlı idi”
DİGƏR NÖVLƏR xəbərləri 14 Avqust 17:54
412 baxış

“Olimpiada ümidlərim bu yarışla bağlı idi”

“Son vaxtlar çox uğursuz çıxış edirdim. Bunun həddən artıq davam etdiyini düşünürdüm. Yarış öncəsi özümə söz vermişdim ki, “qara zolaq”dan çıxmaq üçün çalışacam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə Dünya kubokunun qalibi Zorana Arunoviç deyib.

 

Tapança ilə 10 metr məsafədən atəş açmaqda hamını qabaqlayan serbiyalı qələbəsinə sevinsə də, gələn il Braziliyada keçiriləcək Olimpiya oyunlarına lisenziya qazana bilməməyinə təəssüflənir: “Qəbələdə qızıl medal qazanmağımdan məmnunam. Düzdü, final mərhələsində nəticələr çox aşağı idi. Bu da onunla bağlıdı kİ, həm mən, həm rəqiblərim çox səhvə yol verdik. Lakin sonda mənim xətalarım daha az oldu. 25 metrdən atəş açmaqda 48-ci olduğuma çox üzülmüşdüm. Çünki bütün Olimpiada ümidlərim bu yarışla bağlı idi. 10 metr məsafədə Serbiya yığmasındakı komanda yoldaşlarım artıq iki lisenziya qazanıb. Bugünkü qızıl medal mənə Rioya vəsiqə vermir. Qələbəm yalnız təsəlli xarakteri daşıyır”.

 

Qeyd edək ki, bu növdə ilk üç yeri tutan idmançıların heç biri lisenziya qazana bilməyib. Buna səbəb onların ölkələrinin iki təmsilçisinin bunu əvvəldən təmin etməsidi. Nəticədə lisenziyalar aşağı pillələri tutanlara nəsib olub.

 

Xəbər lenti