13 Avqust 12:13 Olimpiya çempionu: Ukraynada belə atıcılıq arenası yoxdu
DİGƏR NÖVLƏR xəbərləri 13 Avqust 12:13
5293 baxış

Olimpiya çempionu: Ukraynada belə atıcılıq arenası yoxdu

“2016-cı ildə keçiriləcək Olimpiya Oyunlarına lisenziyanı xeyli əvvəl əldə etdiyimdən Qəbələyə yalnız mükafat üçün gəlmişəm. Hədəfim ilk “üçlük”də yer alıb, Ukrayna yığmasının hesabına medal əlavə etməkdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Ukrayna millisinin güllə atıcısı Pavel Korostılyov deyib.

 

Qəbələdə keçirilən dünya kubokuna qatılan 18 yaşlı idmançı ölkəmizdə təşkil olunan yarışda uğurlu nəticə qazanmasa da, Azərbaycanı razı tərk edəcəyini bildirib. Ötən il Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarının çempionu olan Korostılyov eyni uğuru ölkəmizdə də təkrarlamaq iddiasındadı: “Bütün böyük yarışlar kimi bu dəfəki dünya kuboku da çox yüksək səviyyədə təşkil olunub. Atıcılıq mərkəzinə isə çox əladı. Bir şeyə təəssüflənirəm ki, Ukraynada belə atıcılıq arenası yoxdu. Biz xeyli aşağı səviyyədə olan atıcılıq klublarında hazırlıq keçirik. Buradakı mərkəzi Avropada ən yaxşıdı. Qəbələdə gözəl yerlərin olmasından da xəbərim var. Lakin ardıcıl ikinci ildi bura gəlsəm də gəzməyə vaxtım olmur. Bu dəfə çıxışımdan sonra imkan tapıb, komanda yoldaşlarımla görməli yerlərə baş çəkəcəm”.

 

Qeyd edək ki, Korostılyovun çıxış etdiyi 10 metr məsafəyə tapançadan atəş açmaq üzrə yarışlar bu gün keçirilir.

Xəbər lenti