31 İyul 14:27 Olimpiya Oyunları yenə Pekinə həvalə olundu
DİGƏR NÖVLƏR xəbərləri 31 İyul 14:27
993 baxış

Olimpiya Oyunları yenə Pekinə həvalə olundu

Malayziyanın paytaxtı Kuala-Lumpurda Beynəlxalq Olimpiya Komitəsinin sessiyası öz işinə başlayıb. Apasport.az saytının məlumatına görə, tədbirdə artıq 2 möhtəşəm yarışın ev sahibinin adı dəqiqləşib.

 

Belə ki, 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunları Çinin paytaxtı Pekinə həvalə edib. Pekin yekun səsvermədə Qazaxıstanın Almatı şəhərini geridə qoyub.

 

Sayca XXIV Ağ Olimpiada 4-20 fevralda, Paralimpiada isə 4-13 martda olacaq.

 

Sessiyada, həmçinin 2020-ci ildə keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarını da təşkil edəcək şəhərin adı müəyyənləşib. Rumıniyanın Braşov şəhəri ilə mübarizə aparan İsveçrənin Lozanna şəhəri ev hüququna yiyələnib.

 

Qeyd edək ki, Pekin 2008-ci ildə Yay Olimpiya Oyunlarına da ev sahibliyi edib.

 

 

 

 

Xəbər lenti