11 Avqust 09:50 “Polşadakı ən yaxşı kompleks də Qəbələdəkindən geri qalır”
DİGƏR NÖVLƏR xəbərləri 11 Avqust 09:50
5578 baxış

“Polşadakı ən yaxşı kompleks də Qəbələdəkindən geri qalır”

“Qəbələyə olimpiada lisenziyası üçün gəlmişik. İki, alınmasa bir lisenziya qazanmaq iddiasındayıq. Artıq bir polşalı atıcı buna nail olub. Lakin o, buna skitdə imza atıb. Biz isə tüfənglə atəş açmaqda da 1-2 lisenziyaya ümidliyik”. Bunu apasport.az saytına tüfəng atıcılığı üzrə Polşa millisinin baş məşqçisi Andriy Kiyovski deyib.

 

Qəbələdə keçirilən Dünya Kubokunda Polşa millisinə başçılıq edən Kiyovski təşkilatçılıqdan və kompleksdən ağızdolusu danışıb: “İlk dəfədi Qəbələdəyəm. Birda hər şey çox yüksək səviyyədədi. Təşkilatçılığa heç bir irad ola bilməz. Atıcılıq mərkəzi dünyanın ən yaxşı belə komlekslərindəndi. Polşada ən yaxşı atıcılıq arenası Vrotslavdadı. Lakin ora da Qəbələdən çox geri qalır. Bizdə də belə idman qurğusunun olmasını arzulayıram. Təəssüf ki, Qəbələnin buranın təbiəti, gəzməli, görməli yerləri ilə yaxından tanış ola bilmirik. Çünki buna vaxtımız yoxdu”.

 

Polşalı mütəxəssis milli yeməklərimizi çox bəyəndiklərini də vurğulayıb: “Azərbaycan mətbəxi mənim və yetirmələrimin ürəyincədi. Çox dadlı yeməkləriniz və yaxşı mətbəxiniz var. Xüsusilə də, daşarası kababın ləzzətini qeyd edərdim. Bəzi idmançılar havanın isti olmasından gileylənsə də, bununla tam razı deyiləm. Çünki biz daha isti gözləyirdik. Bizim ehtimal etdiyimizlə müqayisədə hava daha münasibdi”.

Xəbər lenti