10 Avqust 15:01 Qəbələdə növbəti qaliblər məlum oldu
DİGƏR NÖVLƏR xəbərləri 10 Avqust 15:01
492 baxış

Qəbələdə növbəti qaliblər məlum oldu

Qəbələdə təşkil edilən atıcılıq üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, bu gün kişilər pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında qüvvələrini sınayıblar.

 

100-dən çox idmançının mübarizəyə qoşulduğu yarışda Azərbaycanı Əliməmməd Heseynov təmsil edib. Nəticələri o qədər də ürəkaçan olmayan idmançımız finala vəsiqə qazana bilməyib. Həlledici mərhələ isə 8 atıcı arasında baş tutub. Yekunda 207,4 xal toplayan çinli Yifey Çao qızıl medala sahib çıxıb. Cənubi koreyalı Kim Sanq Do 206,9 xalla gümüş medala layiq görülübsə, xorvatiyalı Petar Qorsa (186,5) “bürünc”lə kifayətlənib. Medalçılara mükafatı Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və İSSF rəsmisi təqdim ediblər.

 

Qeyd edək ki, ilk iki yeri tutan idmançılar 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.