14 Avqust 14:51 “Qəbələdəki gözəllikləri sözlə ifadə etmək çətindi” – Çinli məşqçi
DİGƏR NÖVLƏR xəbərləri 14 Avqust 14:51
4342 baxış

“Qəbələdəki gözəllikləri sözlə ifadə etmək çətindi” – Çinli məşqçi

"Qəbələdə çox gözəl, dünya standartlarına uyğun atış poliqonu qurulub. Rayon da çox gözəldi və ildən-ilə inkişaf edir. Qəbələ Atıcılıq Mərkəzi xoşumuza gəldi. Çində də bu cür komplekslər var. Dünya Kuboku yarışlarının təşkilatçılığını xüsusi vurğulamaq istəyirəm”. Bunu APA-ya açıqlamasında Çin yığmasının baş məşqçisi Vanq Yifu deyib.

 

O, Qəbələdə keçirilən Dünya Kuboku yarışları haqda təəssüratlarının zəngin olduğunu bildirib: "Burda hər şey möhtəşəmdi. Yüksək səviyyəli idman kompleksində keçirilən yarışlarda Çin idmançılarının da iştirak etməsi çox xoşdu. Qəbələdə 7 gündü ki, yarışlar keçirilir və Çin idmançıları hər gün medal qazanır. Məni və komandamızın üzvlərini uğurlara görə hər gün təbrik edirlər. Hazırda bizim idmançılar yarışda 11 medalla komanda hesabında birinci yerdədi. Biz 6 qızıl, 3 gümüş və 2 bürünc medal qazanmışıq”.

 

Məşqçi qeyd edib ki, Çin millisi yarışa yaxşı səviyyədə hazırlaşmaq üçün əvvəlcə Qəbələ atıcılıq mərkəzində məşq keçirib: "Buranın insanları, qonaqlara münasibət də bizdə yaxşı hisslər oyadır. Azərbaycan xalqı bizə böyük sevgi, hörmət bəsləyir, bunu hər dəfə görürük. Bu da bizi xoşbəxt edir. Qəbələdə olduğumuz müddətdə gəzməli yerlərdə də olmuşuq. Nohurgölə və “Yeddi gözəl” şəlaləsinə gedib istirahət etdik. Möhtəşəmdi. İnsan orada rahatlıq tapır. Gördüyümüz gözəllikləri sözlə ifadə etmək çətindi".

 

Xəbər lenti