16 Oktyabr 08:51 Rusiyalı olimpiya çempionu Naftalana müalicəyə gəlir
DİGƏR NÖVLƏR xəbərləri 16 Oktyabr 08:51
2362 baxış

Rusiyalı olimpiya çempionu Naftalana müalicəyə gəlir

Atletika üzrə Olimpiya çempionu Anna Çiçerova Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hündürlüyə tullanan sağlamlığı ilə bağlı problemini ölkəmizdə həll etmək istəyir.

 

Belə ki, ayağında zədəsi olan dünya və Avropa çempionu ağrılarının aradan qaldırılması üçün Naftalandakı palçıq vannalarından yararlanmaq istəyib: “Məşqləri gələn ay bərpa edəcəm. Lakin dünya çempionatı və digər rəsmi turnirlərdə bu il çıxış etməyəcəm. Hər şey mənim fiziki durumumdan asılıdı. Ayağımla bağlı kiçik problemim var. Öncə Ölü dənizə, sonra isə Azərbaycanda palçıq vannalarından yararlanmaq istəyirəm. İndiyədək orada olmamışam. Amma gedəcəyim yer barədə yalnız xoş  sözlər eşitmişəm”.

 

Qeyd edək ki, London-2012-nin qalibi, Pekin-2008-in üçüncüsü olan rusiyalı dünya çempionatlarında 1 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb. 

Xəbər lenti