29 İyul 15:59 Sadıq Sadıqov rekord qıran idmançı ilə görüşüb - FOTOSESSİYA
DİGƏR NÖVLƏR xəbərləri 29 İyul 15:59
965 baxış

Sadıq Sadıqov rekord qıran idmançı ilə görüşüb - FOTOSESSİYA

"Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov İsveçin Eskilstuna şəhərində atletika üzrə yeniyetmələrin Avropa birinciliyində üçtəkanla tullanma yarışlarında çempion olan Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyevlə görüşüb. Apasport.az neftchi.org saytına istinadən xəbər verir ki, o, ölkəmizdə dövlət başçısı tərəfindən aparılan məqsədyönlü idman siyasətinin artıq öz bəhrəsini verdiyini, idman və olimpiya hərəkatı sahəsində görülən işlərin ölkəmizin uğurlu inkişafının göstəricisi olduğunu bildirib.

 

Aparat rəhbəri ölkəmizin və idmanımızın sürətli inkişafı ön plana çəkib: “Bu, tarixi hadisədi. Çünki bu vaxta qədər Avropa Oyunları keçirilməmişdi və birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin böyük uğurudu. Bu, bizə göstərilən böyük inam, etimaddı”.

 

Sadıq Sadıqov daha sonra Azərbaycan idmançılarının, eləcə də "Neftçi İdman Klubu”nun təmsilçilərinin ilk Avropa Oyunlarındakı uğurlu çıxışlarından bəhs edib.

 

Ardınca atleti qazandığı böyük uğur münasibətilə təbrik edən aparat rəhbəri əldə olunan yüksək nailiyyətə görə onlara minnətdarlığını bildirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Sadıq Sadıqov onlara göstərilən diqqət və qayğını bir qədər də artıracaqlarını bildirib. O, aparatın məsul işçilərinə idmançıya daha yaxşı şərait yaradılması ilə bağlı xüsusi tapşırıqlarını verib.

 

Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyev səmimi görüşə və göstərilən qayğıya görə "Neftçi idman Klubu” İctimai Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Atlet bundan sonra daha da əzmlə çalışacağına və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəyinə söz verib.

 

Qeyd edək ki, Nazim Babayev Avropa Birinciliyində 17.04 metr nəticə ilə 30 illik rekordu qıraraq, Rio de Janeyro-2016-ya lisenziya qazanıb.

 

Xəbər lenti

Xəbər lenti