9 Noyabr 14:41 Sadıq Sadıqov üçün əlamətdar gün
DİGƏR NÖVLƏR xəbərləri 9 Noyabr 14:41
763 baxış

Sadıq Sadıqov üçün əlamətdar gün

Bu gün “Neftçi”nin sabiq prezidenti, Azərbaycan idmanın inkişafında böyük xidmətləri olan Sadıq Sadıqov üçün əlamətdar gündü. Apasport.az saytının məlumatına görə, Sadıqovun bu gün 50 yaşı tamam olur.

 

Sadıqov Sadıq Asəf oğlu 1965-ci ildə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. "Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri vəzifəsində çalışan Sadıqov Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Cüdo Federasiyasının vitse-prezidentidi. Onun müxtəlif illərdə İdman cəmiyyətləri və klublarına rəhbərlik etdiyi dövrlərdə idmançılarımız Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarında çoxlu sayda uğur qazanıblar.

 

Sadıqov idmandakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən fəxri ad və medalla təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına, 2011-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. O 2009-2015-ci illərdə "Neftçi Peşəkar Futbol Klubu"nun prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi altında "Neftçi" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.

 

apasport.az saytı Sadıq Sadıqovu əlamətdar gün münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edir.