8 Sentyabr 14:13 Spartakiadada atletika və üzgüçülük yarışları başa çatıb
DİGƏR NÖVLƏR xəbərləri 8 Sentyabr 14:13
426 baxış

Spartakiadada atletika və üzgüçülük yarışları başa çatıb

Sentyabrın 7-də startı verilən neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasına davam edir. Apasport.az saytının məlumatına görə, hər ilin sentyabrında neftçilərin peşə bayramı ərəfəsində təşkil olunan tədbir daim iştirakçıların böyük marağına səbəb olur.

 

Belə ki, Spartakiadaya atletika və mini-futbol yarışlarına start verilib. İsmət Qayıbov adına Təlim-İdman Bazasında təşkil olunan atletika yarışları elə ilk günündə sona çatdısa, Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilən mini-futbol turniri hələ bir neçə gün davam edəcək.

 

Bu gün isə "Start” İdman Kompleksində üzgüçülük növü üzrə yarışlar keçirilib. Azarkeşlərin maraqla izlədiyi yarış kişilər və qadınlar arasında ayrılıqda təşkil olunub. Komandaların böyük həyəcanla mübarizə apardıqları üzgüçülük yarışlarına yekun vurulub.

 

Xəbər lenti