8 Oktyabr 16:45 Su İdman Sarayı əhalinin xidmətində - FOTOSESSİYA
DİGƏR NÖVLƏR xəbərləri 8 Oktyabr 16:45
4870 baxış

Su İdman Sarayı əhalinin xidmətində - FOTOSESSİYA

Azərbaycanın ən iri komplekslərindən biri olan Su İdman Sarayı artıq əhalinin xidmətinə verilib. Qurğunun mətbuat xidmətinin və marketinq şöbəsinin rəhbəri Aytən Hümbətovanın apasport.az saytına verdiyi məlumata görə, qapılarını həm uşaq, həm də böyüklər üçün açan kompleksdə müxtəlif növ idman məşqləri ilə məşğul olmaq mümkündü.

 

Belə ki, ümumi sahəsi 2500 m2 olan fitnes mərkəz müxtəlif idman növləri üçün nəzərdə tutulub. Hümbətovanın sözlərinə görə, kompleksdə Avropa Oyunları ilə müqayisədə bir sıra yeniliklər də edib. Artıq 8 zalı olan fitnes mərkəzdə əlavə olaraq, rəqs, yoqa, pilates, zumba, sayklinq qrupları və məşqlər üçün 1500 m2 sahə ayrılıb.

 

Su İdman Sarayında həm peşəkar, həm də həvaskar üzgüçülər üçün nəzərdə tutulan və ölkəmizdə analoqu olmayan hovuzlar ən son texnologiya və standartlara uyğun titkilib. Hovuzun suyu daimi dövriyyə prossesi zamanı xüsusi avadanlıqlarla təmizlənir, dərinlik müasir texnologiya ilə tənzimlənir. Yarışlar üçün nəzərdə tutulan Olimpiya hovuzunun uzunluğu 50, eni 25, dərinliyi 3 m-di. Suyatullanma hovuzunun uzunluğu isə , eni 20, dərinliyi 6 m-di.

 

Üzgüçülüyü öyrənmək istəyən həvəskarlar eni 50, uzunluğu 25 m olan, 20 sıradan ibarət hovuzdan istifadə edə bilərlər. Həftənin müəyyən günləri yalnız qadınlar üçün xüsusi saatlar təyin edilir.

 

Hümbətova bildirib ki, gələcəyin idmançıları ola biləcək kiçikyaşlı uşaqları da daima diqqətdə saxlayırlar. Onun sözlərinə görə, Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanovun, həmçinin digər peşəkar çalışdırıcıların rəhbərliyi altında 4-16 yaşlı uşaqlar üçün qrup hazırlığı da keçirilir.

 

Mərkəzdə, həmçinin gözəllik salonu, SPA, terapeya və masaj kabinələri mövcuddu. Dincəlmək üçün buranı seçən müştərilər sauna, buxar otağı, müxtəlif effektli duş kabinələri və cakuzidən istifadə edə bilərlər.

 

Valideynlər körpələrini xüsusi uşaq guşəsinə etibar edərək, mərkəzin xidmətlərindən rahat və tələsmədən yararlanmaq imkanına malikdi. Uşaqlar burada tərbiyəçi və animatorlarla şən vaxt keçirib, müxtəlif məntiq oyunlarında da iştirak edirlər.

 

Su İdman Sarayında xüsusi restoran da fəaliyyət göstərir. Burada idman və klassik yemək menyuları da təqdim edilir. Təqdim olunan yeməklərin inqrediyentləri və kalori də menyuda qeyd olunur. Kompleksin ətrafında isə 500 avtomobil üçün parkinq mövcuddu.

 

Hümbətova bəzi bölmələrdə əcnəbi mütəxəssislərin də çalışdığını qeyd edib. O bildirib ki, uşaqlar, yaşlılar və tələbələr üçün güzəştlər də var. 

Xəbər lenti