11 Avqust 14:38 Türkiyə yığmasının üzvü: İnsan burda rahatlıq tapır - MÜSAHİBƏ
DİGƏR NÖVLƏR xəbərləri 11 Avqust 14:38
5747 baxış

Türkiyə yığmasının üzvü: İnsan burda rahatlıq tapır - MÜSAHİBƏ

Türkiyə atıcılıq yığmasının üzvü Yusuf Dikecin apasport.az saytına müsahibəsi

 

- 50 metr məsafədən tapança ilə atəş açmada 6-cı yeri tutdunuz. Çıxışınızdan məmnunsuznu?

- Xeyr, nəticəmdən razı qalmadım. Medal qazana bilərdim. Bura ilk iki yerdən birini tutmaq üçün gəlmişdim.

 

- Bəs sizə nə mane oldu?

- Təəssüf ki, həyəcanlandım və istədiyim atışı gerçəkləşdirə bilmədim. Əslində yarışa yaxşı qoşulmuşdum. Finala adlayacağıma əmin idim. Ancaq finalda həyəcan nəticəmin azalmasına səbəb oldu. Mənim hədəfim Rio-de-Janeyrodakı Yay Olimpiya Oyunlarında iştirak etməkdi. Burda alınmadı, bundan sonrakı yarışlarda bunu qazanmağa çalışacam.

 

- Səhv etmirəmsə, bu, Qəbələyə ikinci səfərinizdi. Nə kimi irəliləyiş gördünüz?

- Ötən il Dünya Kubokunun finalı Qəbələdə keçirilmişdi və mən də gəlmişdim. Həmçinin Avropa Oyunları üçün də Bakıya gəlmişdim. Çox gözəl, dünya standartlarına uyğun poliqon qurulub. Rayon da çox gözəldi, ildən-ilə də gözəlləşir.

 

- Qəbələ Atıcılıq Mərkəzi xoşunuza gəldi?

- Əlbəttə. Türkiyədə də bu cür kompleks var. Orda bu yaxınlarda Akdeniz Oyunları keçirildi. Mersində də eyni Bakıdakı kimi poliqon var. Dünya Kubokunun təşkilatçılığını da xüsusi vurğulamaq istəyirəm.

 

- Yəqin ki, burda özünüzü yad hiss etməzsiniz...

- Bəli, biz Azərbaycana gələndə özümüzü evimizdəki kimi hiss edirik. Başqa ölkədən gəldiyimizi heç hiss etmirik. Azərbaycan xalqı bizə böyük sevgi, hörmət bəsləyir, bunu da hər dəfə göstərir. Bu da bizi xoşbəxt edir.

 

- Qəbələni gəzmək imkanınız olub?

- Bəli, bir neçə yeri gəzmişik. Buranın şəlaləsinə getmişik. Möhtəşəmdi. İnsan burda rahatlıq tapır.

Xəbər lenti