14 Avqust 19:21 Yaponiya idmançısı Qəbələdə Dünya çempionu oldu
DİGƏR NÖVLƏR xəbərləri 14 Avqust 19:21
316 baxış

Yaponiya idmançısı Qəbələdə Dünya çempionu oldu

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir. APA-nın yerli bürosunun xəbərinə görə avqustun 14-də kişilər arasında səngər stend atıcılığı üzrə yarışlar keçirilib. Yarışın final mərhələsində 8 idmançı iştirak edib. Yaponiya idmançısı Yukie Nakayama birinci, Tayvan idmançısı Cun Li Yin ikinci, ABŞ idmançısı Korey Koqdel üçüncü yeri tutub.

 

Qeyd edək ki, avqustun 14-də kişi və qadınlar arasında tapanca və tüfəngdən 10 və 50 metr məsafələrə atəş açma yarışlarında Zicheng Hui (Çin), Aleksandr Şimrl (Avstriya), Zorana Arunoviç (Serbiya), Yuemei Lin (Çin) Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

 

Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.  Hazırda Çin idmançıları 12 medalla Dünya Kuboku yarışlarında birinci yerdədilər. Onlardan 6-ı qızıl, 4-ü gümüş və 2-i bürünc medaldır.

 

Yeddi gündür ki, keçirilən atıcılıq yarışlarında indiyədək 30 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xəbər lenti