11 Avqust 17:29 “Yarış üçün gözəl məkan seçilib” - Şeyx Səid Bin Maktum
DİGƏR NÖVLƏR xəbərləri 11 Avqust 17:29
6223 baxış

“Yarış üçün gözəl məkan seçilib” - Şeyx Səid Bin Maktum

“Çox gözəl yarış keçirilir. Hər şey yaxşıdı”. Bunu apasport.az saytına atıcılıq üzrə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) idmançısı şeyx Səid Bin Maktum deyib.

 

Qəbələdə keçirilən Dünya Kuboku yarışında iştirak edən təcrübəli idmançı təşkilatçılıqdan məmnun qaldığını bildirib: “Təşkilatçılıq yüksək səviyyədədi. Yarış üçün gözəl məkan seçilib. Atıcılıq Mərkəzi də gözəldi. Bilirsiniz, biz cənnətdə yaşamırıq, məmnun qalmaq lazımdı. Qəbələdə hər şey bizi qane edir”.

 

Bir neçə Olimpiadanın iştirakçısı olmuş 39 yaşlı idmançı özünün Qəbələdəki çıxışından da razı görünür: “Çıxışımı normal dəyərləndirirəm, razı qaldım. Ümumiyyətlə, mənim elə də çox medalım yoxdu”.