7 Sentyabr 17:00 “Yaxın zamanda Useyn Boltdan o salamı alacam” – Ramil Quliyev
DİGƏR NÖVLƏR xəbərləri 7 Sentyabr 17:00
6922 baxış

“Yaxın zamanda Useyn Boltdan o salamı alacam” – Ramil Quliyev

“Azarkeşlər Useyn Boltu bir ulduz kimi görürlər. Amma onun mənim üçün digər atletlərdən fərqi yoxdu. Digər atletlər də belə fikirləşir. Bolt ulduz idmançı ola bilər, amma start xəttində heç kim özündən başqasını görmür”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

 

O, son dünya çempionatında ulduz idmançı Useyn Boltdan geri qalmasına münasibət bildirib. İlk 2 mərhələ ilə müqayisədə finalda 6-cı olmasının səbəblərini açıqlayan Quliyev vurğulayıb ki, tezliklə yamaykalı rəqibini arxada qoymağa çalışacaq: “Biz Çin yeməklərini yeyə bilmədiyimiz vaxt Bolt şəxsi aşpazının bişirdiyi təamlarla bəslənilir. Bundan əlavə, bizim qaldığımız yerdə də qalmırdı. Uğur qazanmaqda bunun da xüsusi rolu var”.

 

Sol qolunda “Qaçmaq üçün doğulmuşam” tatuajı olan Quliyev bildirib ki, qaçmaq onun üçün çox önəmlidi və su içməkdən fərqi yoxdu.

 

Dünya çempionatında səhvlərini qarşıdakı Olimpiadada təkrarlamamağa çalışacaq Ramilin sözlərinə görə, atletikada rəqibini keçməyincə salam belə verilmir: “Amerikalı, keniyalı, yamaykalı, kim olursa, olsun, sən onu keçməyincə səni tanımaz. Sən onu arxada qoyana qədər salam da verməz. Mən yaxın zamanda Boltdan o salamı alacam”.

 

Quliyev 2011-ci ildə Azərbaycanı tərk etməsinin bəzi səbəblərini də açıqlayıb. O bildirib ki, London-2012-yə yollana bilməsə də, Rio-2016-da özünü yaxşı tərəfdən göstərməyə çalışacaq: “Azərbaycan Atletika Federasiyası ilə atama görə problem yaşadım. Atam xəstə idi və həmin vaxtı mənə heç bir dəstək olmadı. Valideynimi itirmək son nöqtə oldu. Türkiyəyə gəldim və London Olimpiadasına qatılmaq şansını qaçırdım. Azərbaycan Atletika Federasiyası həmin vaxt “ay-ulduzlu” formanı geyinməyimə icazə vermədi. 2016-cı il isə mənim ilim olacaq. Rio Olimpiadasında mənim üçün ən pis ehtimal finala çıxmaq olacaq. Ən yaxşı nəticənin nə olduğunu isə hamımız bilirik”.

 

Qeyd edək ki, Quliyevin 6-cı olduğu mundialda Bolt növbəti qızıl medalını qazanıb.

 

 

Xəbər lenti