27 Oktyabr 15:24 Abu-Dabidə İlham Zəkiyevin erməni snayper tərəfindən vurulduğu elan edilib
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 27 Oktyabr 15:24
8681 baxış

Abu-Dabidə İlham Zəkiyevin erməni snayper tərəfindən vurulduğu elan edilib

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən gənc cüdoçuların dünya birinciliyinə Azərbaycan paracüdoçusu İlham Zəkiyev də qatılıb. Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Paralimpiya Oyunlarının ikiqat qalibi, eyni sayda dünya və beşqat Avropa çempionu yarışa Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən paracüdonun təqdimatı münasibətilə dəvət olunub.

 

“Neftçi İdman Klubu”nun təmsilçisi Abu-Dabidə komanda yoldaşı Kənan Abdulxanlı ilə birlikdə nümunəvi çıxışlar da ediblər.

 

Dünya birinciliyinin keçirildiyi İdman Sarayında Azərbaycanın fəxri, dünya paracüdosunun ulduz idmançısı, əməkdar idman ustası, "Şöhrət” ordenli, "Tərəqqi” medalının sahibi, Heydər Əliyev Fondunun təsis etdiyi beynəlxalq "Qızıl çinar” mükafatının laureatı olan Zəkiyevin erməni snayperi tərəfindən vurularaq, görmə qabiliyyətini itirməsi elan olunub.

 

Sonra paralimpiyaçı cüdoçuların test yarışları keçirilib.

 

Qeyd edək ki, dünya birinciliyində artıq Azərbaycan millisi çıxışını başa vurub. Yığmamızın heyətində Hidayət Heydərov (66 kq) və Firudin Dadaşov (90 kq) bürünc medal qazanıb. Bu gün keçiriləcək komanda yarışları ilə mundiala yekun vurulacaq.

 

 

Xəbər lenti