24 Avqust 09:48 Amanovun rəqibi cəzalandı
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 24 Avqust 09:48
479 baxış

Amanovun rəqibi cəzalandı

Azərbaycan boksçusu Ramal Amanov peşəkar rinqdə növbəti döyüşünü keçirib. Apasport.az saytının məlumatına görə, 63,5 kq çəki dərəcəsində çıxış edən idmançımız Sevastopolda Dominikan Respublikasını təmsil edən Ranses Payano ilə görüşüb.

 

Amanov döyüş başa çatmadan rəqibinə qalib gəlib. Belə ki, qarşılaşmanın gedişində Payano rinqdən kənarlaşdırılıb.

 

Buna onun qaydalar çərçivəsindən kənar zərbələr endirməsi səbəb olub. İlk belə hərəkətinə görə hesabından 2 xal silinən dominikalı növbəti qayda pozuntusuna yol verdiyi üçün cəzalandırılıb. Bu qələbə idmançımıza “WBA İnternational”ın çempionluq kəmərini qazandırıb.

 

Qeyd edək ki, Amanov bu döyüşdən əvvəl açıqlanan WBA reytinqində 15-ci pillədə qərarlaşıb.

Xəbər lenti