29 İyun 09:02 Avropa birinciliyinin ilk günündə 2 medal
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 29 İyun 09:02
244 baxış

Avropa birinciliyinin ilk günündə 2 medal

Bosniya və Herseqovinanın Sarayevo şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Millimizin iki üzvü qitə birinciliyində fəxri kürsüyə qalxıb.


60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə gümüş medal qazanıb. 50 kq çəki dərəcəsində yarışa qatılan Mirağa Hacıyev isə bürünc medala sahib olub.


Qeyd edək ki, 42 ölkədən 457 idmançının (255 oğlan, 202 qız) mübarizə apardığı qitə birinciliyində Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.

Xəbər lenti