30 Avqust 19:11 Azərbaycan Boks Federasiyası ittihamlara cavab verdi - FOTO
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 30 Avqust 19:11
6345 baxış

Azərbaycan Boks Federasiyası ittihamlara cavab verdi - FOTO

Azərbaycan Boks Federasiyası (ABF) bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, bəyanatda qeyd olunub ki, “haqqin.az saytında «Федерация Бокса Азербайджана оставила Азербайджан без Нахчывана» (Azərbaycan Boks Federasiyası Azərbaycanı Naxçıvansız qoyub) başlıqlı xəbər yerləşdirilib.

 

Azərbaycan Boks Federasiyası (ABF) bildirir ki, federasiyanın rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilib. Federasiyanın, eləcə də beynəlxalq boks federasiyasının rəsmi saytına baxmaqla bunun şahidi ola bilərsiniz.

 

Bundan başqa, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən boksçuların geyimlərində də Naxçıvanı məhz respublikamızın tərkib hissəsi kimi göstərilən loqo əks olunub. Xəbərdə fotosu verilən loqonun ABF-yə heç bir aidiyyatı yoxdur. Bu, çox güman ki, ayrı-ayrı fiziki şəxslərin tikiş sexlərində istehsal edilib satılan və federasiyayla  bağlılığı olmayan idman geyimidir.

 

ABF-nin bütün milli komandaları eyni dəst formada çıxış edirlər və onların geyimlərində sizə göndərdiyimiz  loqo əks olunub. Xahiş edirik ki, bu məsələni yenidən araşdırıb oxuculara obyektiv məlumat verəsiniz”.

Xəbər lenti