8 Oktyabr 08:11 “Azərbaycan boksçusu münasib olmayan rəqibdi”
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 8 Oktyabr 08:11
668 baxış

“Azərbaycan boksçusu münasib olmayan rəqibdi”

“Pavel Silyaqin növbəti mərhələdə Azərbaycan təmsilçisi Teymur Məmmədovla qarşılaşacaq. İdmançımızın rəqibi Avropa çempionudu”. Apasport.az saytının məlumatına görə, bu sözləri boks üzrə Rusiya millisinin baş məşqçisi Filip Yakovlev deyib.

 

O, 81 kq çəki dərəcəsində çıxış edən yetirməsi Pavel Silyaqinin Qətərdə keçirilən dünya çempionatındakı çıxışı haqda fikirlərini bildirib. Yakovlev boksçunun 1/8 finalda Azərbaycan təmsilçisi Teymur Məmmədovla qarşılaşmasının çətin olacağını da qeyd edib: “O, ucaboy, münasib olmayan rəqibdi. Məmmədovun güclü zərbələri var. Avropa Oyunlarında da yetirməm ona uduzub. İndi revanş almağa çalışacağıq”.

 

Qeyd edək ki, 1/8 finalın Məmmədov – Silyaqin döyüşü oktyabrın 9-da keçiriləcək. Təmsilçimiz yarışa bu mərhələdən başlayacaqsa, rusiyalı artıq 1 döyüşdə qələbə qazanıb.

Xəbər lenti