13 Avqust 19:42 Azərbaycanlılar üçün Braziliyada daha 4 şans
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 13 Avqust 19:42
580 baxış

Azərbaycanlılar üçün Braziliyada daha 4 şans

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı keçirilir. Apasport.az saytının məlumatına görə, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir.

 

Yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb və çempionatı komanda hesabında ikinci sırada başa vurub.

 

Üçüncü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub.

 

 

İlk görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayıb. 

44 kq 
1/8 final - Türkan Nəsirova - Emine Çataloğlu (TUR) 

51 kq 
1/8 final - Daniela Lopez (MEX) - Leyla Qurbanova 

59 kq
1/8 final - Almaz İsmayılova - Viktoriya Bobeva (BUL) 

67 kq 
1/8 final - İlonia Alison (MHL) - Elis Manolova 

Xəbər lenti