10 Noyabr 16:45 “Baku Fires” hazırlığa Rusiyada başladı - FOTO
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 10 Noyabr 16:45
498 baxış

“Baku Fires” hazırlığa Rusiyada başladı - FOTO

Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” yeni mövsümə hazırlığa başlayıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komandamız Rusiyanın Karaçay Çerkez Respublikasında yerləşən Terskol qəsəbəsində təlim-məşq toplanışına start verib.

 

21 gün davam edəcək ilk hazırlıq mərhələsində 25 boksçu və 5 məşqçi iştirak edir. Toplanışda əsas məqsəd boksçuların fiziki hazırlığının artırılmasıdı.

 

Xatırladaq ki, WSB liqasında yeni mövsüm gələn ilin yanvarında başlayacaq. “Baku Fires” D qrupunda Özbəkistan, Qazaxıstan və Puerto Riko klubları ilə mübarizə aparacaq. Komandamız ötən mövsüm 1/4 final mərhələsində Meksikanın “Mexico Guerreros” klubuna məğlub olumuşdu. “Baku Fires” klubunun üzvlərindən Albert Səlimov (60 kq) Rio de Janeyro Olimpiadasına vəsiqə qazanıb. Abdulqadir Abdullayev isə (91kq) son dünya çempionatında bürünc medala yiyələnib.

 

Xəbər lenti