10 Sentyabr 15:30 Cüdo Federasiyasının İdarə Heyətinin yeni üzvləri müəyyənləşdi
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 10 Sentyabr 15:30
5909 baxış

Cüdo Federasiyasının İdarə Heyətinin yeni üzvləri müəyyənləşdi

Azərbaycan Cüdo Federasiyasının Konfransı keçirilib. Apasport.az saytının xəbərinə görə, iclasda federasiyanın strukturu və İdarə Heyəti müəyyənləşib.

 

"Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbəri ​Sadıq Sadıqov, olimpiya çempionu Elnur Məmmədli və SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov federasiyanın vitse-prezidenti, Elmar Babanlı isə baş katibi seçilib.

 

Bu barədə jurnalistlərə açıqlama verən federasiya prezidenti Rövnəq Abdullayev bildirib ki, növbəti il Rio Yay Olimpiya Oyunları keçiriləcəyindən, federasiya tez bir zamanda işə başlamalıdı. 

 

 

Xəbər lenti