25 Avqust 13:26 Cüdoçularımız dünya çempionatında medalsız qaldılar
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 25 Avqust 13:26
503 baxış

Cüdoçularımız dünya çempionatında medalsız qaldılar

Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə dünya çempionatının ikinci günündə Azərbaycan idmançıları mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, mundiala yalnız “Neftçi İdman Klubu”nun təmsilçiləri ilə qatılan yığmamızın iki üzvü tatami üzərinə çıxıb.

 

66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə və Hidayət Heydərov mükafatçılar sırasına düşə bilməyib.

 

1/32 finalda Şıxəlizadə mozambikli Bruno Luzia, Heydərov çinli Erçaoqetu Amunu mübarizədən kənarlaşdırıb. 1/16 finalda Nicat kanadalı Antoni Boukarda qalib gəlsə də, Hidayət almaniyalı Sebastyan Seydla uduzub.

 

İki qələbə qazanan Şıxəlizadə isə 1/8 finalda italiyalı Elio Verdeyə məğlub olub. Bununla da təmsilçimiz medal şansını itirib.

 

Qeyd edək ki, yarışa 6 idmançı ilə qatılan millimizin üzvləri Hüseyn Rəhimli (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) hələ mübarizəyə qoşulmayıb.

Xəbər lenti