13 Noyabr 11:38 Cüdoçularımız Okeaniyada ilk gündə 3 medal qazandılar
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 13 Noyabr 11:38
693 baxış

Cüdoçularımız Okeaniyada ilk gündə 3 medal qazandılar

Avstraliyanın Vullonqonq şəhərində cüdo üzrə Okeaniya kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Belə ki, 48 kq çəki dərəcəsində tatamiyə çıxan Ayşə Qurbanlı finala kimi məğlubiyyətsiz irəliləyib. Honkonq, ABŞ və İndoneziya idmançılarına qalib gələn həmyerlimiz həlledici görüşdə də amerikalı cüdoçu ilə üz-üzə gəlib. Təəssüf ki, Qurbanlı Ketilin Boysla döyüşdə qələbə seriyasını davam etdirə bilməyib və gümüş medalla kifayətlənib.

 

Yığmamıza digər medalları Oruc Vəlizadə (60 kq) və Fəqan Quluzadə (73 kq) qazandırıblar. Onlar “yaşıl ada”da fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

 

Okeaniya kuboku uğrunda mübarizə aparan daha bir xanım cüdoçumuz Xanım Hüseynova (63 kq) bürünc medal uğrunda görüşdə lüksemburqlu Teylor Kinqə uduzaraq, 5-ci yeri tutub.

 

Onlardan fərqli, İsmayıl Piriyevlə (73 kq) Tərlan Kərimovun (66 kq) çıxışı isə uğursuz alınıb.

 

Qeyd edək ki, sabah Avstraliyada daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq.

 

Xəbər lenti