9 Oktyabr 08:32 Daha 2 boksçumuz 1/4 finalda!
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 9 Oktyabr 08:32
836 baxış

Daha 2 boksçumuz 1/4 finalda!

Boks üzrə dünya çempionatında 1/8 final mərhələsinin görüşləri keçirilir. Apasport.az saytının məlumatına görə, Lorenzo Sotomayorla (64 kq) Abdulqadir Abdullayevin (91 kq) ardınca daha iki boksçumuz 1/4 finala vəsiqə qazanıb.

 

Belə ki, yığmamızın üzvü Rüfət Hüseynov (49 kq) ikinci görüşünü də qələbə ilə başa vurub. Mundialın debütantı təcrübəli Hasanboy Dusmatovu (Özbəkistan) məğlub edib – 3:0.

 

Avropa Oyunlarının bürünc medalçısı Tayfur Əliyev (56 kq) də rəqibinə heç bir şans verməyib. O, monqolustanlı rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazanaraq, adını 1/4 finala yazdırıb.

 

Qeyd edək ki, millimiz dünya çempionatına 8 idmançı ilə qatılıb.

Xəbər lenti