28 Avqust 12:19 Dördüncü uğursuz
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 28 Avqust 12:19
1159 baxış

Dördüncü uğursuz

Azərbaycan millisinin daha bir cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, yarışda yalnız “Neftçi İdman klubu” ilə təmsil olunan yığmamızın üzvü Məmmədəli Mehdiyev

 90 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

 

Mübarizəyə 1/32 finaldan başlayan idmançımız kamerunlu Diedoun Dolessamı ipponla məğlub edib. Növbəti qarşılaşmada serbiyalı Aleksandar Kukoljla üz-üzə gələn təmsilçimiz xal hesabı ilə uduzub. Bununla da Məmmədli 1/8 finala yüksələ bilməyərək çıxışını başa vurub. O, belə uğursuzluq yaşayan 4-cü təmsilçimiz olub.

 

Qeyd edək ki, Nicat Şıxaəlizadə və Hidayət Heydərov (66 kq), həmçinin Hüseyn Rəhimlinin (73 kq) də uğursuz çıxış etdiyi çempionatda daha iki təmsilçimiz tatami üzərinə çıxacaq. Bunlar 100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov və Elxan Məmmədovdu.

 

Xəbər lenti