9 Sentyabr 10:10 Dünya birinciliyi: 4 boksçumuz 1/4 finala yüksəldi
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 9 Sentyabr 10:10
1061 baxış

Dünya birinciliyi: 4 boksçumuz 1/4 finala yüksəldi

Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının 4 üzvü 1/4 final mərhələsinə vəsiqə qazanıb.

 

54 kq çəki dərəcəsində çıxış edən Orxan Həsənov danimarkalı Hassan Jallavı məğlub edib – 2:1. Həmyerlimizin növbəti rəqibi almaniyalı Nik Bier olacaq. 


Sayad Lalayev də (63 kq) komanda yoldaşının uğurunu təkrar edib. Seçmə komandamızın üzvü İsrail nümayəndəsi Muhammed Əbu Riaşdan üstün olub – 3:0. Boksçumuz növbəti mərhələdə Qazaxıstan təmsilçisi Aibol Jambirbayla üz-üzə gələcək. 


81 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev də ¼ finala yüksəlib. Abdullayev bu dəfə rumıniyalı İonut Bohotiçi üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz növbəti mərhələdə amerikalı Riçard Torreslə görüşəcək. 


Bəxtiyar Qazıbəyov (60 kq) məşqçilərin tapşırığını yerinə yetirə bilib. Boksçumuz 1/8 finalda macarıstanlı Mata Lakatoşu mübarizədən kənarlaşdırıb – 3:0. Qazıbəyovun növbəti rəqibi kubalı Edel Akosta Qarsiya olacaq. 


Bu gün dünya birinciliyində 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Yarışda ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edir.

Xəbər lenti