6 Oktyabr 22:29 Dünya çempionatında ikinci qələbə
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 6 Oktyabr 22:29
939 baxış

Dünya çempionatında ikinci qələbə

Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, axşam proqramında rinqə çıxan ikinci boksçumuz da yrışı qələbə ilə başa vurub.

 

Belə ki, dünya çempionatında ilk dəfə çıxış edən və 49 kq çəkidə mübarizə aparan Rüfət Hüseynov ilk görüşündə mərakeşli İmad Ahyoun üzərində hər üç raundda qalib gələrək mərhələ adlayıb. 

 

Qeyd edək ki, dünya çempionatında Azərbaycanı təmsil edən digər boksçular - Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.

Xəbər lenti