2 Sentyabr 10:17 Elmar Qasımov üçün gözlənilməz hədiyyə
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 2 Sentyabr 10:17
1514 baxış

Elmar Qasımov üçün gözlənilməz hədiyyə

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının yekununa əsasən açıqlanan siyahıda Azərbaycan yığmasının liderlərinin çoxu mövqelərini təhvil veriblər.

 

Belə ki, mundialda uğursuz çıxış daha çox dünya çempionumuz Elxan Məmmədova təsir edib. 100 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 10 pillə geriləyərək, 24-cü pilləyə enib. Son aylar zədədən əziyyət çəkdiyi üçün yarışlara qatılmayan Kifayət Qasımova da yerini itirənlər arasındadı. Lakin o, tatamiyə çıxmadığı üçün rəqiblərinin irəliləməsi gözlənilən idi: Qasımova 48-ci yeri 62-yə dəyişib.

 

60 kq çəki dərəcəsində lider olan Orxan Səfərov da zirvədəki yerini qoruya bilməyib. Təmsilçimiz 2 pillə geriləməklə, 3-cü pillədə qərar tutub. Həmçinin Nicat Şıxəlizadə (66 kq) və Uşqanqi Kokauri (+100) də 1 rəqibini özündən irəli buraxıb. Onlar hazırda müvafiq olaraq, 9-cu və 40-cıdı.

 

Onlardan fərqli, mundialı ipponla tərk edən Elmar Qasımov (100 kq) yenidən liderliyə yüksəlib. 1 pillə irəli gedən cüdoçumuz yenə bütün rəqiblərindən öndədi. Son illər özünü yaxşı tərəfdən göstərə bilməyən Tərlan Kərimov (66 kq) da rəqibinin geriləməsi səbəbindən 36-cı (+1) pilləyə qalxıb.

 

Digər aparıcı cüdoçularımızdan Rüstəm Orucov yenə liderdi. 73 kq çəki dərəcəsində inamlı təsir bağışlayan həmyerlimiz komanda yoldaşlarından fərqli, yerini qorumağı bacarıb. İlqar Müşkiyev (60 kq) də onun kimi mövqeyini kiməsə güzəştə getməyib. O, yenə də  26-cıdı.  

 

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.

 

Xəbər lenti