8 Oktyabr 19:52 İki boksçumuz 1/4 finalda
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 8 Oktyabr 19:52
822 baxış

İki boksçumuz 1/4 finalda

Qətərdə keçirilən boks üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk olaraq boksçularımızdan 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor rinqə çıxıb.

 

Seçməmizin üzvü əlcəzairli Abdelkader Çadi ilə üz-üzə gəlib. Hər 3 raundda inamlı təsir bağışlayan Sotomayor 3:0 hesabı ilə qalib gəlib.

 

Boksçumuz 1/4 final mərhələsində 2015-ci ilin Avropa çempionu rusiyalı Vitali Dunyavtsevlə qarşılaşacaq. Dunyavtsev bu gün Böyük Britaniya nümayəndəsi Pat Makkormakı məğlub edib.

 

Sotomayorla Dunyavtsev oktyabrın 10-da qarşı-qarşıya gələcək. 

 

Abdulqadir Abdullayev (91 kq) dünya çempionatına qələbə ilə başlayıb. Amma bu boksçumuza heç də asan başa gəlməyib. Millimizin üzvü Əlcəzairin digər təmsilçisi Çouaib Boulodiantsa döyüşdə 1-ci raundda 2 dəfə noqdauna düşüb. Amma ikinci hissədə özünə gələn Abdullayev bu dəfə rəqibi iki dəfə noqdauna salıb. 3-cü raunddan sonra hakimlər boksçumuz qələbəsini qeydə alıblar - 3:0.

 

Boksçumuzun 1/4 finaldakı rəqibi argentinalı Yamil Peralta Jara olacaq. Həmin görüş oktyabrın 10-da keçiriləcək.

 

Bu gün axşam proqramında daha iki həmyerlimiz - Rüfət Hüseynov (49 kq) və Tayfur Əliyev (56 kq) rinqə çıxacaq. Hüseynov Hasanboy Dusmatovla (Özbəkistan), Əliyev isə İderkhuu Enhjarqalla qarşılaşacaq.

Xəbər lenti