29 Avqust 12:46 İpponla vida - YENİLƏNİB
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 29 Avqust 12:46
13220 baxış

İpponla vida - YENİLƏNİB

Qazaxıstanın paytaxtı Astanada cüdoçular arasında keçirilən dünya çempionatı Azərbaycan millisi üçün başa çatıb. Apasport.az saytının məlumatına görə, mundialın son günündə tatamiyə çıxan Azərbaycan yığmasının 2 idmançısı da ümidləri doğrultmayıb. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Elmar Qasımovla Elxan Məmmədov medal həsrətində olan millimizin uğursuzluğuna son qoymağa çalışsalar da, bunu bacarmayıblar. Onların hər ikisi 1/8 finalda dünya çempionatı ilə vidalaşıblar.

 

Kişilər

100 kq

Avropa Oyunlarında Azərbaycan yığmasının bayraqdarı Elmar Qasımov ilk mərhələni azarkeş kimi izləyib. O, 1/16 finalda Pablo Aprahamianı (Uruqvay) yarışdan kənarlaşdıran Qriqori Minaskinla (Estoniya) münasibətinə aydınlıq gətirib. Döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Təssüf ki, Elmar bu qələbənin ardını gətirə bilməyib. 1/8 finalda qırğızıstanlı Çingiz Məmmədovla güləşən idmançımız 48 saniyəyə məğlub olub.

 

*****

Ondan fərqli, dünya çempionumuz Elxan Məmmədov mundiala 1/32 finaldan başlayıb. İlk cəhddə rumıniyalı Valentin Radu ilə üz-üzə gələn həmyerlimiz çətinlik çəkmədən qələbə qazanıb. O, rəqibini 138-ci saniyə ippona salıb. Məmmədov növbəti görüşdə Ektor Kamposa (Argentina) da şans verməyərək, mərhələ adlayıb. Cüdoçumuzun 1/8 finalda rəqibi çexiyalı Lukas Krpalek olub. Gərgin keçən görüş rəqibin üstünlüyü ilə yekunlaşıb. Krpalek döyüşün başa çatmasına 86 saniyə qalmış ipponla qələbə qazanıb.

 

Qeyd edək ki, yarışın əvvəlki günlərində Nicat Şıxəlizadə, Hidayət Heydərov (hər ikisi 66 kq), Hüseyn Rəhimli (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) də məğlubiyyətə üzülüblər.

Xəbər lenti