9 Oktyabr 16:12 “Məqsədim Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanmaqdı” - Rüfət Hüseynov
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 9 Oktyabr 16:12
497 baxış

“Məqsədim Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanmaqdı” - Rüfət Hüseynov

“Hasanboy Dusmatovla döyüşüm ağır keçdi. Bu çəki dərəcəsində demək olar ki, ən güclü idmançı o, idi”. Apasport.az saytının məlumatına görə, bunu Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanan Azərbaycan boksçusu Rüfət Hüseynov deyib.

 

Milli komandamızın üzvü ikinci görüşünü də qələbə ilə başa vurub. Həmyerlimiz bu çəki dərəcəsinin favotirlərindən sayılan özbəkistanlı Hasanboy Dusmatov üzərində qələbə qazanıb. 49 kq çəki dərəcəsində gücünü yoxlayan təmsilçimiz Azərbaycan Boks Federasiyasının (ABF) Mətbuat Xidmətinə açıqlamasında təəssüratlarını açıqlayıb: “Rinqə qələbə qazanmaq üçün çıxmışdım. Yaxşı ki, bu işin öhdəsindən gələ bildim. Növbəti rəqibim ukraynalı Dmitri Zamotayev olacaq. Onunla indiyə kimi görüşməmişəm. Zamotayevin döyüş tərzi mənə uyğundu. İnanıram ki, onu da məğlub edə bilərəm. Əsas məqsədim Rio-de- Janeyro Olimpiadasına vəsiqə qazanmaqdı. Bunun üçün bütün gücümü qoyacam".

 

Xəbər lenti