25 Avqust 22:01 Milli komandamız Meksikaya yollandı
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 25 Avqust 22:01
441 baxış

Milli komandamız Meksikaya yollandı

Boks üzrə milli komandamız təlim-məşq toplanışı üçün Meksikaya yollanıb. Apasport.az saytının məlumatına görə, boksçularımız oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına Şimali Amerikada hazırlıq keçəcəklər.

 

Rio de Janeyro Olimpiadasına lisenziya xarakterli yarışda komandamız tam heyətlə çıxış edəcək. Meksikadakı təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Lazaro Ximenes və Nəriman Abdullayevin rəhbərliyi altında 9 bokçumuz hazırlıq keçir.

 

Seçmə komandamızın liderlərindən yalnız Məhəmmədrəsul Məcidov (+91 kq) zədə səbəbindən toplanışa yollanmayıb. Avropa Oyunlarında iştirak etməyən Cavid Çələbiyev (56 kq) bu dəfə heyətə daxil edilib. Bu yaxınlarda Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanan Rüfət Hüseynov da Meksikaya yollanıb. 

 

Komandamızın sentyabrın 5-ə kimi Meksikada qalması gözlənilir. Xatırladaq ki, boksçularımız Avropa Oyunlarından öncə də bu ölkədə toplanış keçiblər.

 

Milli komandamız səfərə aşağıdakı heyətlə çıxıb.

 

49 kq. Rüfət Hüseynov
52 kq. Elvin Məmişzadə 
56 kq. Cavid Çələbiyev 
60 kq. Albert Səlimov 
64 kq. Lorenzo Sotomayor
69 kq. Pərviz Bağırov 
75 kq. Xaybulla Musalov 
81 kq. Teymur Məmmədov 
91 kq. Abdulqadir Abdullayev